...

İlham Əliyev Azərbaycan prezidenti seçilib-MSK-nın ilkin nəticəsi

Siyasət Materials 16 Oktyabr 2008 02:20 (UTC +04:00)
İlham Əliyev Azərbaycan prezidenti seçilib-MSK-nın ilkin nəticəsi

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda Mərkəzi Seçki Komissiyasının prezident seçkisinin ilkin nəticələrinə görə, hakim partiyanın namizədi İlham Əliyev böyük səs çoxluğu ilə qalib gəlib.

Seçkilərin ilkin nəticələrinə əsasən, İlham Əliyev hamıdan çox səs toplayıb-89,04 faiz- Azərbaycan MSK-nın sədri Məzahir Pənahov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, artıq 5 359 seçki məntəqəsindən 3 727-dan səsvermənin nəticələri Dairə Seçki komissiyalarına daxil olub. Bu da ümumi məntəqələrin 70 faizini təşkil edir.

Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

MSK-nın ilkin nəticələrinə əsasən, İqbal Ağazadə 2,78 faiz, Fazil Qəzənfəroğlu 2,40 %, Qüdrət Həsənquliyev 2,22 faiz, Qulamhüseyn Əlibəyli 2,18 faiz, Fuad Əliyev 0,75 faiz, Hafiz Haçıyev 0,62 faiz səs toplayıb.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 4 milyon 834 min 584 seçici qeydə alınıb. Ötən il tərtib olunan seçici siyahılarında 4 mln.600 mindən çox seçici qeydə alınmışdı. Siyahıya düşən seçicilərin 52 faizi qadın, 48 faizi kişidir.

Prezident seçkisi ilə əlaqədar Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 5359 seçki məntəqəsi yaradılıb. Onların 5148 - i daimi, 33 - ü Azərbaycanın xaricdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərindədir.

Azərbaycanın 500 seçki məntəqəsində veb - kameralar quraşdırılıb. Veb -kameralar ümumi seçki məntəqələrinin 10 faizini əhatə edir və hər seçki dairəsinin 3 - dən 15-dək məntəqəsində quraşdırılıb.

Azərbaycanda seçkini 60 - a yaxın ölkədən 1233 nəfər beynəlxalq müşahidəçi izləyəcək. Mərkəzi Seçki Komissiyası tərəfindən ən böyük missiyalar Avropa Şurası, ATƏT, MDB - dən qeydə alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti