...

Böyük Britaniyada yaşayan Azərbaycan vətəndaşları seçkilərdə fəal iştirak ediblər

Siyasət Materials 16 Oktyabr 2008 03:15 (UTC +04:00)

Böyük Britaniya, London 16 oktyabr / Trend müxbir G.Əhmədova/ Azərbaycanın Böyük Britaniyadakı səfirliyi nəzdində yaradılmış seçki məntəqəsində səslərin əksəriyyətini hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev qazanıb.

Qeydə alınmış 200 seçicinin 175-i seçkidə iştirak edib. Səslərin hesablanmasının nəticələri üzrə seçicilərin 95 faizi hazırkı prezident İlham Əliyevə səs verib.

Ötən gün Azərbaycanda prezident seçkisi keçirilib. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti