Gürcüstan, Tbilisi 21 oktyabr / Trend müxbir N.Kirtsxalia/ Gürcüstan NATO-ya üzv olmaq üçün zəruri olan bütün tədbirləri həyata keçirməlidi. Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Deniel Frid Gürcüstanda keçirdiyi yekun mətbuat konfransında bildirib.
Deniel Frid qeyd edib ki, Gürcüstanın NATO-ya doğru irəliləməsi onun tərəqqisindən asılıdı.
ABŞ rəsmisinin sözlərinə görə, Alyansın qapıları Gürcüstan üçün açıq olacaq və Gürcüstan NATO-ya üzv olmaq üçün bütün işləri görməlidir.
Frid NATO liderlərinin Buxarest sammitindəki, Gürcüstanın mütləq təşkilata üzv olacağı barədə, bəyanatlarını xatırladaraq, dekabr ayında bu istiqamətdə əldə olunan nailiyyətlərə baxılacağını nəzərə çatdırıb.
Məqalə müəllifi ilə əlaqə ünvnanı: [email protected]