...

Azərbaycan müxalifətinin yol verdiyi əsas səhv siyasətini xarici dəstək üzərində qurmasıdır - baş redaktor

Siyasət Materials 23 Oktyabr 2008 15:20 (UTC +04:00)
Azərbaycan müxalifətinin yol verdiyi əsas səhv siyasətini xarici dəstək üzərində qurmasıdır - baş redaktor

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan müxalifətinin yol verdiyi əsas səhv - öz siyasətini xarici dəstək üzərində qurmasıdır.

"Müxalifətin əsas səhvi xarici faktora həddindən artıq çox aludə olması və indiyə qədər həyata keçirdiyi bütün siyasətini bu amil üzərində qurması ilə bağlıdır", - bu barədə cümə axşamı Trend -a Azərbaycan müxalifətini təmsil edən sağ-mərkəzçi Müsavat Partiyasının üzvü, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib.

Onun fikrincə, artıq xarici amil Azərbaycan müxalifətinin əleyhinədir və bu etiraf olunmalıdır.

Arifoğlu qeyd edib ki, bütün beynəlxalq güclər, demokratik ölkələrdəki qurumlar, demokratiyanı təmsil edən dövlətlər prezident İlham Əliyevlə işləmək maraqlarını açıq şəkildə ifadə edirlər.

"Onlar əvvəllər bu maraqlarını açıq şəkildə demirdilər. Çünki ölkədə güclü müxalifət vardı. İndi müxalifəti sayan və mövqeyini nəzərə alan yoxdur. NATO, Avropa Şurası, ABŞ və digər Qərb dövlətləri, beynəlxalq qurumlar Azərbaycan müxalifətinin maraqlarından deyil, bunun əksinə çıxış edirlər. Rusiyanın indiyə qədərki mövqeyi məlumdur. Ona görə Azərbaycan müxalifəti bu yanlışı gündəliyindən çıxarmalıdır və fəaliyyətini xarici amilsiz qurmağa çalışmalıdır", - Arifoğlu əlavə edib.

Baş redaktor hesab edir ki, bundan başqa, birləşməyə ehtiyac yaranan vaxtda və böyük bir siyasi kampaniyada iştirak etmək ehtiyacı olan məqamda müxalifət partiyaları birləşmədi.

Arifoğlu deyib ki, müxalifət partiyaları vəziyyəti qiymətləndirməli və prezident seçkisində vahid bir namizədlə iştirak eməliydilər, insanlara, xalqa müraciət etmək və özlərini tanıtmaq imkanını əldə verməməliydilər.

"Müxalifət bu imkanı Hafiz Hacıyevə və digərlərinə verdi. Lakin bir araya gəlib, ortaq bir namizəd müəyyənləşdiə bilərdilər. Belə bir imkan buraxıldı və müxalifət bunu etmədi. Dövlət başçısı İlham Əliyev və onun komandası çalışır ki, xalqla təmas modeli əsasında işləsinlər. Xalqın arasına getmək, onunla görüşmək, danışmaq və cəmiyyətə mesajlar vermək bizim hərəkatçıların klassik modelidir. Bütün bunlar vaxtilə bizim həyata keçirdiyimiz texnologiyalar olub. Hakimiyyətin namizədinin təbliğatçıları ölkənin bütün ərazisini gəzərək, müxtəlif təbəqələrin nümayəndələri ilə görüşlər keçirib, İlham Əliyevin mesajlarını yaydılar", - deyə o əlavə edib.

Arifoğlu vurğulayıb ki, Azərbaycan müxalifətinin təmsilçiləri isə Bakıdan və öz kabinetlərindən bir addım kənara çıxmadılar. Onun fikrincə, müxalifətin gücü xalqda və onun dəstəyindədir. Bu dəstəyi almaq üçün müxtəlif yollar var. Baş redaktor deyib ki, mitinq taktikası xalqla təmasın yeganə vasitəsi deyil: "Müxalifət liderləri birlikdə ictimai yerlərə gedə, çayxanalarda, bazarlarda, parklarda gəzib insanlarla təmasda ola bilər, media da buna cəlb olunmaqla, rayonlara birgə səfərlər edə bilərlər. Müxalifətin ən böyük səhvi ondan ibarət oldu ki, 2008-ci il fürsətində tənbəlliyi buraxmadı, "evində oturdu", başını çölə çıxarmadı, bütün imkanları hakimiyyətə və qondarma iddiaçılara verdi".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti