Gürcüstan, Tbilisi, 03 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan parlamentinin spikeri David Bakradze əmindir ki, ABŞ-dakı seçkilərin nəticələrinə baxmayaraq, Vaşinqton yenidən Gürcüstanın əsas tərəfdaşı olaraq qalacaq. O jurnalistlərlə söhbətində bildirib ki, yeni administrasiya müəyyən yenilik gətirsə də, Gürcüstan həm demokratlar, həm də respublikaçılarla münasibətlərin formalaşdırılması üçün əlavə vaxt tələb etməyəcək. "Hər iki prezidentliyə namizəd Gürcüstanın problemi ilə tanışdır, hər iki namizəd ölkəyə yardım göstərmək üçün nə etmək lazım olmasına dair dəqiq və adekvat təsəvvürə malikdir. Hər iki namizəd Gürcüstanı öz prioriteti adlandırıb", - Bakradze bəyan edib və əlavə edib ki, bundan çıxış edərək, seçkilərin Gürcüstan üçün böyük əhəmiyyəti olmayacaq.
ABŞ - da prezident seçkiləri noyabrın 4 - də keçiriləcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]