...

Pakistandakı qeyri-sabitlik əfqan qaçqınların geri qayıtmalarına səbəb olub

Siyasət Materials 4 Noyabr 2008 12:03 (UTC +04:00)
Pakistandakı qeyri-sabitlik əfqan qaçqınların geri qayıtmalarına səbəb olub

Əfqanıstan, Kabil, 04 noyabr / Trend , müxbir A.Həkimi/ Pakistandakı sabitsizlik, ərzaq məhsullarının bahalaşması, qaçqınların məskunlaşdığı şəhərciklərin bağlanması bu ölkədə yaşayan əfqan qaçqınların öz ölkələrinə qayıtmalarına səbəb olub.

BMT-nin qaçqınlarla iş üzrə ali komissarı İvin Makluid bildirib ki, Pakistanın müxtəlif regionlarında yaranmış gərgin vəziyyət qaçqınların öz ölkələrinə qayıtmasını daha da sürətləndirib: "Ötən 6 illə müqayisədə bu il Əfqanıstana qayıdan qaçqınların sayı daha çox artıb". Onun verdiyi məlumata görə, cari ildə 300 min əfqan qaçqın Əfqanıstana geri qayıdıb. Qaçqınların Əfqanıstana qayıtması bu ölkədə, xüsusilə paytaxt Kabildə canlanmaya səbəb olub. Bura qayıdan qaçqınların 99 faizi Pakistandan, bir faizi isə İran və digər ölkələrdəndir.

Makluid əlavə edib ki, Pakistanda ərzaq məhsullarının və yanacağın bahalaşması, qaçqın şəhərciklərinin bağlanması və sabitliyin pozulması əfqan qaçqınların geri qayıtmalarının əsas səbəblərindəndir.

2001-ci ildən indiyədək 5 milyon qaçqın Əfqanıstana geri qayıdıb.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti