Azərbaycan, Bakı, 13 noyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Yuri Merzlyakov (Rusiya), Metyu Brayza (ABŞ) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.