Gürcüstan, Tbilisi, 27 noyabr / Trend müxbir N.Kirtsxaliya/ Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvilinin "Vahid Gürcüstan uğrunda hərəkatı" Ədliyyə Nazirliyinə parlamentin keçmiş spikeri Nino Burcanadzenin "Demokratik hərəkat - Vahid Gürcüstan" oxşar adlı yeni siyasi birliyini qeydiyyata almamaq barədə bəyanatla müraciət edib. Bəyanat cümə axşamı yayılıb.
""Demokratik hərəkat - Vahid Gürcüstan" adlı yeni siyasi birlik noyabrın 23 - də təsisi olunub. Açıq- aydın görünür ki, yeni siyasi birliyin adı bizim siyasi partiyanın adı ilə oxşardır", - bəyanatda deyilir.
"Siyasi partiyalar haqqında" Qanunun 1-ci hissəsinin 14 - cü maddəsinə uyğun olaraq, partiyaların adları artıq qeydiyyatdan keçmiş və ya ləğv olunmuş partiyaların adları ilə üst-üstə düşməməlidir, - bəyanatda vurğulanır.
"Yuxarıdasöylənənlərdən çıxış edərək, biz Ədliyyə Nazirliyinə "Demokratik hərəkat - Vahid Gürcüstan" birliyinin bu adla qeydiyyata almaqdan imtina etmək üçün müraciət imzalamışıq", - sənəddə bildirilir.
Bu arada "Vahid Gürcüstan"ın ("Demokratik hərəkat - Vahid Gürcüstan") lideri Nino Burcanadze partiyasının adını dəyişdirmək niyyətində deyil. "Bizim partiya ilə İrakli Okruaşvilinin partiyasının adları üst-üstə düşmür", - Burcanadzenin mətbuat xidmətindən bildiriblər.
Onların sözlərinə görə, Burcanadze cümə günü oxşar bəyanatla çıxış edəcək.
Müəlliflə əlaqə ünvanı: [email protected]