Qırğızıstan, Bişkek, 29 noyabr/ Trend , müxbir R.Məşədihəsənli/ Qırğızıstan Respublikasının Xarici İşlər Nazirliyində kollegiyanın növbəti iclası baş tutub. Bu barədə Trend -un müxbirinə Qazaxıstan XİN-dən məlumat veriblər.
Kollegiya zamanı nazirliyin QR-in ölkənin və onun nümayəndələrinin seçkili orqanlar və beynəlxalq təşkilatlarda vəzifələrə namizədliyinin irəli sürülməsinə dair beynəlxalq təşkilatlarla əməkdaşlıq üzrə departament direktorlarının (beynəlxalq təşkilatlar, beynəlxalq iqtisadi əməkdaşlıq, şərq ölkələri) hesabatları dinlənilib.
Qırğızıstan XİN-in konsul xidməti departamenti kollegiya üzvlərini konsulluq sahəsində ortamüddətli perspektivdə QR-in prioritet fəaliyyət istiqamətlərinin realizəsi barədə məlumatlandırıb.
Bundan başqa, Qırğızıstan Respublikasının XİN və diplomatik idarələrinin vəziyyəti və onların maddi-texniki təminatının möhkəmləndirilməsi üzrə tədbirlər haqqında hesabat müzakirə edilib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]