...

Azərbaycanın dini və milli tolerantlıq sahəsində təcrübəsi digər ölkələr üçün yaxşı nümunə ola bilər - prezident

Siyasət Materials 2 Dekabr 2008 12:31 (UTC +04:00)
Azərbaycanın dini və milli tolerantlıq sahəsində təcrübəsi digər ölkələr üçün yaxşı nümunə ola bilər - prezident

Azərbaycan, Bakı, 02 dekabr / Tren , müxbir C.Babayeva/ Azərbaycan dini və milli tolerantlıq sahəsində böyük uğurlara nail olub və ölkənin təcrübəsi digər dövlətlər üçün yaxşı nümunə ola bilər, - çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev Bakıda, Avropa ölkələrinin mədəniyyət nazirlərinin konfransında deyib.

"Azərbaycan dostluq və qardaşlıq ölkəsidir və konfransın Bakıda keçirilməsi sübut edir ki, son illər ərzində ölkə bu sahədə xeyli uğurlara nail olub", - İlham Əliyev "Mədəniyyətlərarası dialoq: Avropa və onun qonşu regionlarında sülhün və davamlı inkişafın əsasıdır" konfransında çıxışı zamanı bildirib.

"Səkkiz ildir ki, Azərbaycan Avropa Şurasının üzvüdür və bu illər ərzində keçirilən islahatlar və qurum qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi yolu ilə ölkə demokratik inkişaf istiqamətində sürətlə irəliləyir, - prezident bildirib.

"Azərbaycan Avropa Şurası ilə münasibətlərdən razıdır və əmindir ki, əməkdaşlıq gələcəkdə də uğurla inkişaf edəcək", - İlham Əliyev vurğulayıb.

Dekabrın 2-3-də Bakıda "Mədəniyyətlərarası dialoq: Avropa və onun qonşu regionlarında sülhün və davamlı inkişafın əsasıdır" konfransı keçirilir. Təşkilatçılar qismində Avropa Şurası və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi çıxış edir.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti