...

ATƏT missiyasının nümayəndələrinə hücum faktı yolverilməzdir – ATƏT-in Baş katibi

Siyasət Materials 11 Dekabr 2008 14:41 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ ATƏT-in Tbilisidə səfərdə olan Baş katibi Mark Perrin de Brişambo gürcü-osetin münaqişə zonasında təşkilatın missiyasının nümayəndələrinə hücum faktını "yolverilməz" adlandırıb və onu "zorakılıq aktı" kimi qiymətləndirib.

"Bu məsələ Vyanada ATƏT-in daimi şurasında nəzərdən keçiriləcək", - Baş katib cümə axşamı Gürcüstanın Xarici İşlər Nazirliyində keçirilmiş mətbuat konfransında deyib.

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bu faktlar əlaqədar vurğulayıb ki, Rusiya hələ də separatçı quldur dəstələrinə nəzarət etməsi xəyallarındadır.

Onun sözlərinə görə, hücum faktı ilə bağlı təhqiqat aparılır və günahkarlar mütləq aşkar ediləcək. Hadisə dünən Qori rayonunun Kvemo Xviti kəndi yaxınlığında baş verib. Osetin separatçılarının nəzarət etdiyi ərazidən ATƏT-in müşahidə missiyasının zirehli avtomaşınına atəş açılıb. Hadisə qurbansız ötüşüb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti