...

Siyası partiyaların hamısını qane edə biləcək layihənin hazırlanması mümkün deyil-Azərbaycan parlamenti sədrinin müavini

Siyasət Materials 24 Dekabr 2008 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir A.Hüseynbala / Azərbaycan parlamentinin vitse-spikeri hesab edir ki, Azərbaycanda fəaliyyət göstərən siyası partiyaların hamısını qane edə biləcək "Siyasi partiyalar haqqında" Qanuna əlavə və dəyişikliklərlə bağlı layıhəsinin hazırlanması mümkün deyil.

"Qanun layihəsi maraqlı tərəflərin hər birinin mövqelərinə uyğun şəkildə hazırlanmalıdır", - Trend - un məlumatına görə, çərşənbə günü jurnalistlərə Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

Trend -un arayışı: Azərbaycanda 52 partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. "Siyasi partiyalar haqqında" Qanun 1992 - ci ildə qəbul olunub. Ciddi dəyişikliklərdən sonra yenidən qəbul olunacaq Qanunda partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi də nəzərdə tutulacaq.

Müxalifəti təmsil edən siyasətçilər qeydiyyatdan keçən partiyalara dövlət büdcəsindən maliyyə ayrılmasını təklif edirlər. Azərbaycan hakimiyyəti isə, büdcədən maliyyə vəsaiti ayrılması üçün partiyaların parlament seçkilərində iştirakının və qazandığı səslərin əsas götürülməsini təklif edir.

Muradovanın sözlərinə görə, partiyalarda müzakirə nəticəsində əldə olunan mövqelərin hamısı layihənin hazırlanması zamanı nəzərə alınmalıdır. "Bu isə müəyyən vaxt tələb edir", - parlament sədrinin müavini əlavə edib.

Muradova deyib ki, partiyalarin dövlət büdcəsi hesabına maliyyələşmə məsələsinin gündəmə gətirilməsinin"Siyasi partiyalar haqqında" Qanuna əlavə və dəyişikliklər layihəsinin ləngiməsinə heç bir təsiri yoxdur.

"Azərbaycan indi elə bir inkişaf səviyyəsinə çatıb ki, Qeyri - Hökumət Təşkilatları kimi, partiyaları da maliyyələşdirə bilər. İndi əsas məsələ siyasi partiyaların fəaliyyətini hərtərəfli tənzimləyə biləcək qanun layihəsinin hazırlanmasıdır," - Muradova əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]



Xəbər lenti

Xəbər lenti