...

İsrail Misir və Fransanın Qəzzədə münaqişənin həlli təşəbbüsünü qəbul edib (Əlavə olunub)

Siyasət Materials 7 Yanvar 2009 18:09 (UTC +04:00)
İsrail Misir və Fransanın Qəzzədə münaqişənin həlli təşəbbüsünü qəbul edib (Əlavə olunub)

İsrail və Fələstin Muxtariyyəti Qəzzə Zolağında silahlı münaqişənin nizamlanması üzrə Misir - Fransa təşəbbüsünü qəbul edib, - Al Jazeera xəbər verir.

Fransa prezidenti Nikolya Sarkozi bəyan edib ki, hər iki tərəf Misir prezidenti Hüsnü Mübarəkin Şarm əl - Şeyxdə irəli sürdüyü Misir-Fransa təşəbbüsünü könüllü olaraq qəbul ediblər.

"Bu plan mümkün olduqca tez bir vaxtda Qəzzədəki hərbi münaqişəni həll edəcək", - Sarkozi bəyan edib. Lakin HƏMAS - ın rəsmi nümayəndəsi Üsamə Həmdan bildirib ki, hərəkatın liderləri bu təşəbbüsü müzakirə edirlər və müəyyən mövqe ifadə etməyiblər. Belə ki, sənəddə barışıqla bağlı spesifik heç bir şey yoxdur. Barışıq haqqında sənəd Fransa və Misir prezidentləri Nikolya Sarkozi və Hüsni Mübarək tərəfindən Qəzzədəki müharibəyə həsr olunmuş birgə konfransda qəbul edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti