...

İlham Əliyev Litva prezidenti Valdas Adamkusla görüşüb

Siyasət Materials 29 Yanvar 2009 22:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar/ Trend / Azərbaycanın prezidenti İlham Əliyev 29 yanvar Davosda "Konqress" mehmanxanasında Litva prezidenti Valdas Adamkusla görüşüb.

AzərTAc-ın yaydığı xəbərə görə, görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlərin uğurla genişlənməsindən məmnunluq ifadə olundu, yüksək səviyyədə görüşlərin bu əlaqələrin daha da möhkəmlənməsində önəmi qeyd edildi.

Prezidentlər iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığının daha da genişləndirilməsi ücün yaxşı perspektivlərin olduğunu vurğuladılar.

Görüşdə ikitərəfli münasibətlər, qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti