...

Qırğızıstanda növbədənkənar prezident seçkiləri keçirilməyəcək

Siyasət Materials 30 Yanvar 2009 18:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar/ Trend , müxbirlər V.Javoronkova, R.Məşədihəsənli / Ekspertlər hesab edirlər ki, müxalifətin tələblərinə baxmayaraq, Qırğızıstanda növbədənkənar prezident seçkiləri keçirilməyəcək; bu, ölkə qanunvericiliyinə ziddir.

"Müxalifətin tələb etdiyi kimi, ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi kobud qanun pozuntusu olardı", - deyə Trend -a qırğız politoloq Jolbors Jorobekov bildirib.

Fərqanə.ru. saytnın məlumatına görə, dekabrın 24-də ölkənin, demək olar ki, bütün müxalifət partiyalarının birləşdiyi "Vahid Xalq Hərəkatı" (VXH) cümə axşamı prezident Kurmanbek Bakiyevə açıq məktub göndərib. Məktubda dövlət başçısına könüllü istefa verməsi təklif olunub.

VXH Bakıyevin vaxtından əvvəl istefasına nail olmaq, koalisiya hökuməti formalaşdırmaq və ölkənin yeni Konstitusiyasının qəbulunu həyata keçirmək niyyətindədir.

VXH prezidentin vaxtından əvvəl vəzifəsindən istefa verməsi tələbini, Kurmanbek Bakiyevin guya Konstitusiya, respublika vətəndaşlarının hüquqları və azadlığının  təminatçısı ola bilməməsi və onun rəhbərliyi dövründə ölkənin ağır iqtisadi vəziyyətə düşməsi ilə izah edir.

Lakin ekspertlər hesab edirlər ki, Qırğızıstanda növbədənkənar prezident seçkiləri keçirilməyəcək.

Jorobekovun fikrincə, xaricdə, o cümlədən Rusiya və bir sıra Avropa ölkələrində

müxalifət Konstitusiya çərçivəsindən kənara çıxmır və impiçment və ya prezidentin vəzifəsindən uzaqlaşdırılmasını yalnız çarəsiz qaldıqda həyata keçirirlər.

Tanınmış qırğız politoloqu Mars Sariyevin sözlərinə görə,  prezident Bakiyev ölkədə kadr dəyişiklikləri apararkən, idarəçilik sistemini təkmilləşdirərkən "müxalifətin əsas tələblərini reallaşdrır və o, öz legitimliyini saxlamaqda haqlıdır".

İlin əvvəlindən, Bakiyev kadr dəyişiklikləri çərçivəsində Qırğızıstan hökuməti aparatının rəhbəri, Prezident Administarsiyasının rəhbəri, Baş nazirin müavinini, daxili işlər nazirinin iki müavinini, təhsil və elm nazirini, Prezident Administarsiyasının xarici siyasət, dövlət idarəçilik siyasəti və təşkilati işlər şöbələrinin, Oş şəhərinin merini vəzifələrindən kənarlaşdırıb.

Siyasi elmlər doktoru Jorobekov hesab edir ki, prezident seçkiləri Konstitusiyaya müvafiq olaraq 2010 - cu ildə keçiriləcək.

Digər politoloq İshaq Masaliyevin fikrincə, bu gün növbədənkənar prezident seçkilərinin keçirilməsinə əsas yoxdur.

"Bundan əlavə, ölkənin Əsas Qanunu olan Konstitusiyaya əsasən, prezident seçkiləri dövlət başçısının səlahiyyət müddəti başa çatdıqdan sonra keçirilə bilər", - deyə Trend -a Qırğızıstan Kommunistləri deputat fraksiyasinin lideri Masaliyev bildirib.

Bu, Qırğızıstan müxalifətinin respublika prezidentinin istefasını tələb etdiyi birinci hal deyil. 2005-ci ildə, növbədənkənar parlament seçkilərinin qeyri-legitim tanınmasından sonra, ölkədə hakimiyyət müxalifətə keçdi. Bir müddət sonra Qırğızıstan prezidenti Əskər Akayev müxalifət nümayəndələri ilə danışıqlardan sonra vəzifəsindən getməsi barədə bəyanat imzalayıb. Növbədənkənar prezident seçkiləri nəticəsində müxalifətin liderlərindən biri olan Kurmanbek Bakiyev prezident seçildi. Lakin bu, ölkədə vəziyyəti normallaşdırmadı.

Jorobekovun fikrincə, hətta prezident Bakiyevin istefa verəcəyi təqdirdə belə, yenə də heç nə dəyişməyəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti