...

ABŞ Gürcüstana həmişə diqqət ayıracaq

Siyasət Materials 9 Fevral 2009 18:22 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 fevral/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan məsələsi ABŞ və Qərb üçün həmişə ən mühüm problemlər siyahısının başında olaraq qalacaq. Bu barədə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bazar ertəsi keçirilən ənənəvi brifinqdə ABŞ-ın vitse-prezidenti Cozef Baydenin bəyanatını şərh edərkən bildirib.

"ABŞ və Qərbin Rusiya ilə dialoqu dayandıracağını və onunla münasibətləri yaxşılaşdırmağa çalışmayacağını təsəvvür etmək çətindir, lakin Gürcüstan məsələ və problemlərin siyahısında həmişə əsas mövqelərdən birində qalacaq", - deyə Vaşadze bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti