...

Azərbaycan prezidenti Yevlax şəhərinin giriş qapıları ilə tanış olub

Siyasət Materials 3 Mart 2009 14:00 (UTC +04:00)

Azərbaycan prezident İlham Əliyev çərşənbə axşamı Yevlaxdan Mingəçevirə gedərkən Yuxarı Qarxun kəndi tərəfindən Yevlax şəhərinə girişdə aparılmış abadlıq və yenidənqurma işləri ilə tanış olub, məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.
Dövlət başçısına burada işlərin daxili imkanlar hesabına görüldüyü barədə məlumat verilib. Avtomobil yolunun eni 16 metrə çatdırılıb, daş hasar hörülüb, 30 ədəd müasir formalı işıq dirəkləri, 10 projektor quraşdırılıb. İki təpə üzərində dekorativ gül kollarından və digər tikinti materiallarından istifadə olunmaqla, Azərbaycan Respublikasının simvolik xəritəsi, bayrağı təsvir edilib. Burada eni 16 metr, hündürlüyü 10 metr olan iki alaqapı tikilib. Ərazidə yaşıllıq salınıb, 10 minə yaxın müxtəlif ağac əkilib, ulu öndər Heydər Əliyevin şəkli olan lövhə quraşdırılıb, Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb.

Xəbər lenti

Xəbər lenti