...

MDB-dən olan müşahidəçilər missiyası öz fəaliyyətini obyektiv və siyasi cəhətdən bitərəf həyata keçirmək niyyətindədir

Siyasət Materials 10 Mart 2009 12:33 (UTC +04:00)
MDB-dən olan müşahidəçilər missiyası öz fəaliyyətini obyektiv və siyasi cəhətdən bitərəf həyata keçirmək niyyətindədir

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir N.Abdullayeva / 

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendumda MDB-dən olan müşahidəçilər missiyasının fəaliyyəti obyektivlik prinsipləri, siyasi cəhətdən bitərəf və Azərbaycanın Seçki Məcəlləsinə müvafiq həyata keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend -a missiya qərargahının rəhbəri Yevqeni Sloboda bildirib.

MDB-nin müşahidəçilər missiyası referendumun gedişatı üzrə monitorinq aparmaq üçün martın 6-dan Azərbaycandadır. Missiyanın tərkibi 50 nəfərdən artıqdır. Nümayəndə heyətinə MDB-nin İcraçı Katibi - İcraiyyə Komitəsi sədrinin müavini Toktasın Buzubayev rəhbərlik edir.

Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək. Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə", "Zəka", "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da aqitiv kimi qeydiyyata alınıb. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Respublikası", "Milli müstəqillik" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

Missiya qərfrgahı rəhbərinin artıq Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ilə, həmçinin Azərbaycan parlamentində görüşləri baş tutub.

"Görüşlərdə mən missiyanın fəaliyyətinin obyektivlik prinsipləri, siyasi cəhətdən bitərəf və Azərbaycanın Seçki Məcəlləsinə müvafiq həyata keçiriləcəyi barədə məlumat vermişəm", - deyə Sloboda vurğulayıb.

Onun verdiyi məlumata görə, Azərbaycan tərəfi, beynəlxalq müşahidəçilər üçün milli qanunvericilik çərçivəsində fəaliyyətlərini həyata keçirmələri üçün hər bir şəraitin yaradıldığı barədə əmin edib.

Sloboda bildirib ki, bu həftə missiya regionlara baş çəkməyi, Konstitusiya Məhkəməsi, parlament və Xarici İşlər Nazirliyində grüşlər keçirməyi planlaşdırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti