...

Azərbaycan Prezidenti RF-nin ölkəmizdəki səfirini fəaliyyət müddətinin başa çatmasi ilə əlaqədar qəbul edib

Siyasət Materials 13 Mart 2009 17:37 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vasili İstratovu fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.
Dövlətimizin başçısı Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini, Bakıda diplomatik fəaliyyəti dövründə səfirin əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verdiyini bildirib. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliyini söyləyən Prezident İlham Əliyev səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Vasili İstratov ölkəmizdəki səfirlik fəaliyyətinə verilən qiymətə görə dövlətimizin başçısına minnətdarlığını və Azərbaycanda səfir kimi çalışmasından məmnun qaldığını bildirib. O, iki ölkənin prezidentləri arasında olan səmimi münasibətlərin qarşılıqlı əlaqələrin inkişafındakı rolunu xüsusi olaraq vurğulayıb.

Xəbər lenti

Xəbər lenti