...

Azərbaycan MSK referendumun keçirilməsinə yaxşı hazırlaşıb - Estoniyadan olan müşahidəçi

Siyasət Materials 18 Mart 2009 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir E.Rüstəmov /

Estoniyadan olan müşahidəçi missiyasının üzvləri Mərkəzi Seçki Komissiyasının (MSK) Azərbaycan Kontitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referenduma yaxşı hazırlaşdığını qeyd edir.

"Seçkilər ədalətli aparılır, məntəqələrdə çox sayda yerlı müşahidəçilər var ki, bu da MSK-nın referendumun keçirilməsinə yaxşı hazırlığından xəbər verir", - Trend -a Estoniyadan olan müşahidəçi Urve Erikson deyib.

Erikson paytaxtın Suraxanı rayonundakı 19 və 20 saylı seçki məntəqələrində monitorinq keçirib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Azərbaycanda referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıb. Referendum üzrə qəbul olunan təqvim cədvəlinə əsasən, kampaniyalar martın 16-sı gecə başa çatdırılıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti