...

ABŞ nümayəndə heyəti Gürcüstanın Müdafiə Nazirliyində olub

Siyasət Materials 25 Mart 2009 12:41 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 mart / Trend , müxbir N.Kirtsxaliya /

Güyrcüstan Müdafiə Nazirliyində müdafiə sferasında əməkdaşlıq məsələləri ilə bağlı ikitərəfli Gürcüstan-ABŞ məsləhətləşmələri aparılıb.

Gürcüstan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, yeddi nəfərdən ibarət ABŞ nümayəndə heyətinə Avrasiya və Qara dəniz məsələləri üzrə ofisin direktoru, ABŞ-ın müdafiə üzrə katibi polkovnik Timoti Şey başçılıq edib.
Məsləhətləşmələrin məqsədi ABŞ-la Gürcüstan arasında imzalanmış strateji əməkdaşlıq barədə xartiyanın implementasiyasıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti