...

Rumıniya XİN Kişinyovun ölkənin daxili işlərinə qarışmaq ittihamını qəbul etmir

Siyasət Materials 8 Aprel 2009 17:34 (UTC +04:00)
Rumıniya XİN Kişinyovun ölkənin daxili işlərinə qarışmaq ittihamını qəbul etmir

"Rumıniya XİN Moldova rəhbərliyinin bu ölkənin daxili işlərinə qarışmaq ittihamına kəskin şəkildə etiraz edir və Moldova səfirini ölkədən çıxarmaq niyyətini bəyan edir", - Rumıniya XİN-in saytında yerləşdirilmiş bəyanatda deyilir RİA Novosti xəbər verir.

"Bu ittiham provokasiyadır. Kişinyovun kommunist rəhbərliyinin Moldova Respublikasının daxili problemini Rumıniyanın üzərinə yıxması yolverilməzdir", - bəyanatda bildirilir.

Moldova rəhbərliyi Kişinyovda bu ölkənin Rumıniyaya birləşdirilməsi haqda şüarlar səslənən kütləvi iğtişaşlardan sonra Rumıniya ilə viza rejimi tətbiq etmək qərarına gəlib, həmçinin Rumıniyanın səfirini persona-non-qrata elan edib. Moldova Prezidenti Vladimir Voronin bildirib ki, Rumıniyanın ölkədə baş verən bütün hadisələrdə əli var.

Rumın diplomatik qurumunun bəyanatında deyilir ki, Rumıniya səfirinin Kişinyovdan çıxarılması ilə bağlı olaraq, Rumıniya rəhbərliyi də Buxarestdəki moldovan diplomatına qarşı analoji addımı atmaq niyyətindədir.

Bununla yanaşı, Rumıniya XİN bəyan edir ki, Buxarest Kişinyovun addımları əvəzində sərhəddəki nəzarət rejimini sərtləşdirmək niyyətində deyil.

Xəbər lenti

Xəbər lenti