...

İranda yeni sentrifuqların iki növu sınaqdan keçirilib – Prezident

Siyasət Materials 9 Aprel 2009 21:03 (UTC +04:00)
İranda yeni sentrifuqların iki növu sınaqdan keçirilib – Prezident

İranda uranı zənginləşdirməsi baxımından əvvəlkiləri qat-qat üstələyən iki yeni sentrifuqların sınağı başa çatıb. Bu haqda İsfahanda Milli nüvə texnologiyaları günündə çıxış edən İran Prezidenti Mahmud Əhmədinejad deyib. Məlumatı İranın İRİNN telekanalı yayıb.

"İran xalqına nüvə proqramını dayandırmaqla bağlı nə qədər çox təsir edilsə, İran bir o qədər də uranın zənginləşdirilməsi işlərini gücləndirir", - İranın "Nətənz" nüvə stansiyasını ziyarət edərkən Əhmədinejad deyib.

Əhmədinejad deyib ki, bütün nüvə obyektləri dağıdılmışdı və laboratoriyalarda tədqiqatlara təsir edilirdi. "Buna baxmayaraq biz bütün problemlərin öhdəsindən gəldik və nüvə proramını bərpa etdik", - İran Prezidenti qeyd edib.

O, əlavə edib ki, Qərbin təhqirlərinə İran xalqı dözmək niyyətində olmayıb.

"Əleyhimizə tətbiq olunan sanksiyalara baxmayaraq bu gün İranda uranı zənginləşdirən zavod istifadəyə verildi", - Əhmədinejad deyib.

İran Prezidenti bildirib ki, İran hökumətinin fikrincə, bizim nüvə proqamına qarşı açılan iş bağlanıb. "BMT Təhlükəsizlik Şurası nüvə silahı istehsalından şübhələnərək İranın nüvə proqramına qarşı beş qətnamə qəbul edib. Lakin İran bu ittihamları rədd edir", - İran Prezidenti deyib.

Bu gün İranda dördüncü dəfə Milli nüvə texnologiyaları günü keçirilir. İranın ISNA agentliyinin məlumatına əsasən, İran Prezidenti Mahmud Əhmədinejad İsfahan şəhəri yaxılığında yerləşən Nətənz nüvə stansiyasında baxış keçirib. Əhmədinejad stansiyada yeni sentrifuqların quraşdırılması prosesi ilə tanış olub.

İranda 6 min sentrifuq quraşdırılsa da MAQATE-nin (Nüvə enerjisi üzrə Beynəlxalq Agentlik) məruzəsində qeyd olunur ki, onların heç də hamısı işləmir.

Xəbər lenti

Xəbər lenti