...

Gürcüstan müxalifəti ümumxalq itaətsizliyi elan edib

Siyasət Materials 10 Aprel 2009 18:10 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 aprel / Trend , müxbir N. Kirtsxaliya /

 Gürcüstan müxalifətinin Tbilisinin mərkəzində parlament qarşısında keçirdiyi aksiya davam edir. Aksiyada 15 minə yaxın insan iştirak edir və Rustaveli prospekti bağlanılıb.

Aksiyada yığışan müxalifət liderləri bildiriblər ki, Prezident Saakaşvili onların müraciətini cavabsız qoyub.

"Saakaşvili istefa haqda qərar verməyərək bizə dialoq təklif edib. Biz bu addımı imtina kimi dəyərləndirdiyimizdən ümumxalq itaətsizliyi elan edirik", - müxalifət adından mühafizəkar liderlərdən biri Kaxa Kukava bəyan edib.

Onun sözlərinə əsasən, mitinq iştirakçılarının bir hissəsi 18:00-da Gürcüstan İctimai Yayım (GİY) binasına doğru hərəkət edərək Kostava prospektini bağlayacaq. Bu qrupa Levan Qaçeçiladze və "Gürcüstan üçün alyans" rəhbərlik edəcək. Aksiya iştirakçılarının qalan hissəsi isə Avlabaridə yerləşən prezident iqamətgahına doğru hərəkət edərək iqamətgaha aparan küçəni bağlayacaq. Bu etiraz edənlər qrupuna "Vahid Gürcüstan naminə", mühafizəkarlar və Xalq partiyası rəhbərlik edəcək.

Bu gündən etibarən Rustaveli və Avlabari prospektləri, həmçinin GİY ərazisi tutulacaq. Aksiya 21:00-da məlumat xarakterli mitinqlə bitəcək. Mitinqlər hər gün 15:00-dan 21:00-dək keçiriləcək.

"Bu bizim itaətsizliyimizin başlancığıdır və tezliklə bütün ölkəni əhatə edəcək. Nümayişlər Mixail Saakaşvili istefaya gedənədək davam edəcək", - müxalifət lideri Qaçeçiladze qeyd edib.          

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti