...

Tbilisidə ötən gecə sakit keçib

Siyasət Materials 14 Aprel 2009 12:47 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 14 aprel / Trend , müxbir N.Kirtsxalia /

Gürcüstan prezidentinin Avalbaridəki iqamətgahı qarşısında səhər saatlarından sakitlikdi. Hazırkı saatlaradək orada təqribən 100 aksiya iştirakçısı var. İqamətgahın hər iki girişi qarşısında çadırlar qurulub. Aksiya iştirakçılarının bildirdiyinə görə, gecə sakit keçib, insident baş verməyib.

Müxaliətin bugünkü planları ilə bağlı hələ ki, konkret heç nə açıqlamır, lakin etiraz aksiyasının iqamətgah və Rustaveli prospektləri ilə yanaşı digər yerlərdə də keçiriləcəyi istisna edilmir. Bu barədə bəyanat bu gün saat 15:00-da Gürcüstan parlamenti qarşısında keçirilən mitinqdə səsləndirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti