...

Azərbaycanın Meksikada səfiri təyin edilib

Siyasət Materials 14 Aprel 2009 20:21 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Meksikada səfirinin təyin edilməsi ilə bağlı sərəncam verib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncama əsasən, İlqar Yusif oğlu Muxtarov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev, həmçinin Muxtarova Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsi verilməsi ilə bağlı sərəncam verib.

Xəbər lenti

Xəbər lenti