...

Azərbaycanın solyönümlü partiyaları birləşib

Siyasət Materials 15 Aprel 2009 11:39 (UTC +04:00)
Azərbaycanın solyönümlü partiyaları birləşib

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycanın iki solyönümlü partiyası - Azərbaycan Mütərəqqi Sosialist Partiyası (AMSP) və Azərbaycan Xalq Sosialist Partiyası (AXSP) birləşib.    

Partiyalar arasında birləşməyə dair əldə olunan razılığa əsasən, AMSP-nin üzvləri və təşkilati strukturları AXSP-nin müvafiq strukturlarına birləşəcək. AMSP sədri Rüstəm Şahsuvarov AXSP sədrinin ictimai əlaqələr üzrə müavini vəzifəsini tutacaq, AMSP-nin çərşənbə günü Trend -a daxil olduğu bəyanatında bildirilib.

Trend -un arayışı: Azərbaycan Xalq Sosialist Partiyası (AXSP) və Azərbaycan Mütərəqqi Sosialist Partiyası (AMSP) ötən ilin sonunda əməkdaşlıq haqqında razılığa gəliblər.

Rüstəm Şahsuvarov, Azərbaycan Mütərəqqi Sosialist Partiyası yaradılanadək Azərbaycan Kommunist Partiyasının üzvü olub.Azərbaycanın Xalq Sosialist Partiyası ötən ilin oktyabrında təsis edilib.

AMSP Müvəqqəti Mərkəzi İcraiyyə Komitəsinin plenumu partiyanın AXSP ilə birləşməsi haqqında razılığı yekdilliklə qəbul edib. Həmin razılıq AXSP sədri Rövşən Hüseynovun müvafiq fərmanının dərc edilməsindən sonra qüvvəyə minmiş hesab olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti