...

Azərbaycanda Xolokost qurbanlarının xatirəsi yad edilib

Siyasət Materials 21 Aprel 2009 20:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir Ü.Sadıxova /

Bu gün Bakıda Xolokost qurbanlarının xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Xolokost nəticəsində dünyada 6 milyon insan qətlə yetirilib. Yəhudi adətlərinə əsasən, Xolokost qurbanlarının xatirə gününü nisan ayının (aprel) 27-də qeyd edirlər. Xolokost nəticəsində 1,5 milyon uşaq ölüb. Bununla əlaqədar Azərbaycanda "Uşaqlar Xolokostda" adlı tədbir keçirilib. Tədbirdə Xolokost qurbanlarına həsr olunmuş "Tam qələbə" filmi nümayiş etdirilib.

Tədbirdə İsrailin Azərbaycandakı səfiri Artur Lenq iştirak edib. O, qeyd edib ki, bu faciənin miqyasını hamı dərk edir və Xolokost haqqında xatirələr yaddaşlardan silinməyəcək.

Səfir Xolokost qurbanlarının xatirəsinin hər il Azərbaycanda yad olunmasını yüksək qiymətləndirib. "Azərbaycan da faşizmə qarşı mübarizədə çoxlu itkilər verib", -  səfir deyib.

Ölkə Prezidenti İlham Əliyev dünən yəhudi xalqına Xolokost qurbanları ilə bağlı başsağlığı ünvanlayıb.

"Hər il biz Xolokost qurbanlarının xatirəsini yad edirik ki, gələcək nəsillər yəhudi xalqının tarixindəki faciəvi səhifələri unutmasın. Biz sülh yolunda mübarizəni davam etdirəcəyik", - Lenq deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti