...

Rusiyanın Daxili İşlər Nazirliyi ilə əlaqəli fəaliyyət cinayətkarlıqla mübarizəyə müsbət təsir göstərir – azərbaycanlı nazir

Siyasət Materials 29 Aprel 2009 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanla Rusiyanın Daxili İşlər nazirliklərinin əlaqəli fəaliyyəti hər iki ölkədə cinayətkarlıqla mübarizəyə, ictimai təhlükəsizliyin təminatına müsbət təsir göstərir.

Trend -un məlumatına görə, bu fikirləri daxili işlər naziri Ramil Usubov çərşənbə günü Rusiyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin ilə görüşündə deyib.

Nazir bildirib ki, iki ölkənin hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması, birgə profilaktiki, əməliyyat tədbirlərinin keçirilməsi, hər iki tərəfdən axtarılan cinayətkarların tutulması sahəsində də uğurlu nəticələr əldə olunub.

Usubov bildirib ki, hər iki dövlətin Daxili İşlər nazirliklərini sıx təmaslar və peşəkar əlaqələr birləşdirir.

Daxili işlər naziri nazirliklər arasında səmərəli əməkdaşlığın ilbəil daha da möhkəmləndiyini vurğulayıb.

Usubov respublikadakı kriminogen durum və cinayətkarlıqla mübarizənin vəziyyəti, eyni zamanda mövcud olan problemlər barədə səfirə məlumat verib.

Səfir Doroxin ölkələrimizin daxili işlər orqanlarının əməkdaşlığının vəziyyətindən məmnun olduğunu, hər iki tərəf üçün faydalı əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti