...

"Bitərəf Dövlətlər Hərəkatı"na üzv olan ölkələrin dövlət başçılarının XVI sammiti İranda keçiriləcək

Siyasət Materials 1 May 2009 16:52 (UTC +04:00)

"Bitərəf Dövlətlər Hərəkatı"na (Non-Aligned Movement - NAM) üzv ölkələrin Dövlət başçılarının XVI sammiti 2012-ci ildə Tehranda keçiriləcək. Bu barədə İranın "FARS" xəbər agentliyi məlumat yayıb.

"İran və Qətər NAM-in dövlət başçılarının XVI sammitinin öz ölkələrində keçirilməsini istəyirdilər. İki ölkə rəsmilərinin müzakirələrdən sonra Qətər sammitin İranda keçirilməsi ilə razılaşdı", - İranın xarici işlər naziri Mənuçöhr Möttəki Kubada keçirilən NAM ölkələrinin XİN rəhbərləri iclasının sonunda jurnalistlərə bildirib.

Möttəki bildirib ki, İranın NAM dövlət başçılarının sammitinə ev sahibliyi etməsini Kubada keçirilən iclas iştirakçıları dəstəkləyib. "Bu İranın beynəlxalq aləmdəki fəaliyyəti üçün çox əhəmiyyətlidir", -deyə Möttəki bildirib.

"Bitərəf Dövlətlər Hərəkatı" formal olaraq heç bir bloka aid olmadığını elan etmiş 118 dövlətin daxil olduğu beynəlxalq təşkilatdır.

Onun yaradılması ideyası 1955-ci ildə Bandonq (İndoneziya) konfransında irəli sürülüb. 1961-ci ildə isə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda "Bitərəf Dövlətlər Hərəkatı"nın yaradıldığı elan olunub.

"Bitərəf Dövlətlər Hərəkatı"na üzv ölkələrin başçıları səviyyəsində 14 sammit keçirilib. Üzv ölkələrin dövlət başçılarının15-ci sammiti 2009-cu il iyulun 11-dən 16-dək Misirdə keçiriləcək. Bu hərəkatın üzvü olan 53 ölkə Afrika, 38-i Asiya, 26-sı Latın Amerikası və 1-i Avropadandır

Xəbər lenti

Xəbər lenti