...

Muxarovanidəki qiyam cəhdi NATO-nun Gürcüstandakı təlimlərinin pozulmasına yönəldilib - XİN

Siyasət Materials 6 May 2009 13:55 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06 may / Trend , müxbir N.Kirtsxaliya /

"Ölkənin Silahlı Qüvvələrinin Muxarovanidəki zirehli tank batalyonundakı qiyam cəhdi NATO-nun təlimlərinin pozulması və ölkədəki gərginliyin artırılmasına yönəldilib", - Gürcüstan XİN-in bəyanatında bildirilib.

Qeyd edilir ki, mayın 6-da Gürcüstanda NATO-nun "Sülh naminə tərəfdaşlıq" layihəsi çərçivəsində Alyansın təlimləri baş tutacaq, mayın 7-də isə Praqada Aİ və Gürcüstan da daxil olmaqla, regionun 6 dövləti arasındakı əməkdaşlığa yeni ruh vermək məqsədi daşıyan "Şərq tərəfdaşlığı" sammiti keçiriləcək.

"Müsbət hadisələrin belə inkişafı fonunda və onlara paralel olaraq, Rusiyanın rəsmi şəxslərinin Gürcüstanın NATO-ya inteqrasiyasına qarşı yönəldilmiş fikirləri artan tezliklə səslənirdi. Məhz bu yetərincə gərgin fonda "Qızılgül inqilabı"ndan (23 noyabr 2003-cü il) sonra Gürcüstanın SQ-dən çıxarılmış sabiq hərbçiləri Silahlı Qüvvələrin hərbi hissələrinin birində ixtişaş yaratmağa cəhd ediblər", - bəyanatda qeyd olunur.

XİN vurğulayır ki, qiyamçıların fəaliyyətinin məqsədi NATO-nun təlimlərinin pozulması və ölkədəki gərginliyin artırılması olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti