...

Azərbaycan sərhədçiləri axtarışda olan 103 nəfəri saxlayıb

Siyasət Materials 7 May 2009 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan sərhədçiləri ötən ay axtarışda olan 103 nəfəri saxlayaraq hüquq-mühafizə orqanlarına təhvil veriblər.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, Azərbaycan dövlətinin sərhədini pozduqları üçün 19 halda 30 nəfər saxlanılıb.

Tutulan şəxslərin 12-si İran, 8-i Azərbaycan, 7-si Gürcüstan, hər ölkədən 1 nəfər olmaqla Rusiya və Türkmənistan vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozduğu üçün 191 halda 279, vizası olmadığı üçün 39 halda 59, vizalarının müddəti qutardığı üçün 19 halda 29, müvafiq sənədləri olmadığına görə, 21 halda 29 nəfər saxlanılıb.

Sərhədçilər tərəfindən ötən ay qanunsuz dövriyyədən 58 kiloqramdan çox narkotik maddə çıxarılıb.

Xəzər dənizində Azərbaycana məxsus 4 gəmi və 18 qayıq, Rusiyaya məxsus 1 gəmi saxlanılaraq onlara baxış keçirilib.

Sərhəd rejim qaydalarına riayət etməyən 2 qayıqda 5 nəfər Azərbaycan vətəndaşı saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Sərhədçilər tərəfindən aprel ayında 49 halda ümumi dəyəri 229 min manat olan qaçaqmal saxlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti