...

Avropa Şurasının baş katibi Gürcüstanda əminamanlığa çağırır

Siyasət Materials 7 May 2009 19:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may / Trend , müxbir E.Tariverdiyeva /

Avropa Şurasının baş katibi Terri Devis Gürcüstanda əminamanlığa çağırır. Bu barədə Avropa Şurasının rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

"Gürcüstandakı vəziyyət və mövcud olan gərginlik məni çox narahat edir. Hamını təmkinli və məsuliyyətli olmağa çağırıram", - Devis deyib.

Devis qeyd edib ki, istər müxalifət, istərsə də hakimiyyətdən olan siyasətçilər başa düşməlidirlər ki, ölkədə gərginliyin artması Gürcüstan və vətəndaşlarının maraqlarına xidmət etmir.

"Vəziyyəti sabitləşdirməkdən və mövcud olan fikir ayrılıqlarını aradan qaldırmaqdan ötrü tərəfləri demokratik institutlar çərçivəsində dialoqa səsləyirəm", - Devis vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti