...

Türkiyənin Baş naziri Fəxri və Şəhidlər Xiyabanını ziyarət edib

Siyasət Materials 13 May 2009 11:20 (UTC +04:00)
Türkiyənin Baş naziri Fəxri və Şəhidlər Xiyabanını ziyarət edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı 13 may / Trend , müxbir R.Hafizoğlu / Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri çərçivəsində ilk öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Daha sonra Baş nazir Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların məzarını və türk əsgərlərinin xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib.

Türkiyənin Baş naziri Ərdoğan çərşənbə axşamı gecə Bakıya gəlib.

Türkiyə Baş nazirinin Azərbaycan parlamentində çıxışı və Prezident İlham Əliyevlə görüşü gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti