...

NATO ekspertləri Gürcüstan Müdafiə Nazirliyində görüşlər keçirir

Siyasət Materials 17 İyun 2009 13:05 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 iyun / Trend müxbir N.Kirtsxaliya/

NATO-Gürcüstan peşəkar inkişaf layihəsinin koordinatorları Gürcüstandadırlar. Gürcüstan Müdafiə Nazirliyindən (MN) məlumat verilib ki, Stefan Qlover və Devid Conson işgüzar səfər çərçivəsində MN-ə gəlib. Onlarla birlikdə Latviyanın hərbi attaşesi, polkovnik Yanis Mikans da qurumda olub.

Səfərin əsas məqsədi MN-nin mülki heyətinə peşəkar inkişaf üçün treninq və kurslar şəklində yardım göstərməkdir. Kurslar MN-nin treninq-mərkəzi bazasında keçiriləcək.

Koordinatorlar insan resursları idarəsinin, müdafiə siyasəti və planlaşdırma, beynəlxalq münasibətlər və MN-nin avroatlantik inteqrasiya departamentləri, həmçinin Gürcüstan Silahlı Qüvvələrinin Birləşmiş qərargahının şəxsi heyəti departamentinin rəhbər şəxsləri ilə görüşlər keçirib.

Səfər çərçivəsində nümayəndə heyəti Gürcüstanın müdafiə naziri David Sixarulidze və onun müavini Georgi Muçaidze ilə də görüşəcək.

Mülki heyətin peşəkar inkişafı proqramı NATO-Gürcüstan şurası çərçivəsində hazırlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti