...

İranda stabilliyin tezliklə bərpa olunması Azərbaycan üçün çox vacibdir - XİN

Siyasət Materials 23 İyun 2009 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir Ü.Sadıxova /

İranda stabilliyin və nizam-intizamın bərpa olunması Azərbaycan üçün çox vacibdir. Belə ki, İran qonşu dövlətdir. Bu barədə çərşənbə axşamı jurnalistlərə İranda iyunun 12-də keçirilən prezident seçkilərindən sonrakı iğtişaşlarla bağlı şərh verən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Biz İranda stabilliyin tezliklə bərpa olunmasının tərəfdarıyıq, belə ki, bu, bizim üçün çox vacibdir", - deyə Məmmədyarov bildirib.

Tehranda şənbə günü polislə toqquşmalar nəticəsində 19 nəfər həlak olub, bu barədə CNN xəstəxanadakı mənbəyə istinadən bildirib.

İranda iyunun 12-də keçirilmiş seçkilərin nəticələri ilə razılaşmayan minlərlə insan etiraz aksiyası keçirib ki, bu da polislə toqquşmaya səbəb olub. Seçkilərin nəticələrinə əsasən, Əhmədinejat seçicilərin 63,6 faizinin səsini toplayıb.

Təsdiqlənməmiş məlumatlara əsasən, küçə toqquşmaları nəticəsində 150 nəfər həlak olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: : [email protected]

Xəbər lenti

Xəbər lenti