...

Gürcüstanda qonşular yeddi yaşlı uşağı oğurlayıb və öldürüblər

Siyasət Materials 18 İyul 2009 15:21 (UTC +04:00)
Aşağı Poniçalada (Tbilisi yaxınlığında) yeddi yaşlı uşaq vəhşicəsinə öldürülüb. Georgi İmerlişvili iki gün əvvəl öz evinin həyətindən oğurlanıb. Axtarışlar nəticəsində uşağın meyiti tapılıb.
Gürcüstanda qonşular yeddi yaşlı uşağı oğurlayıb və öldürüblər

Gürcüstan, Tbilisi, 18 iyul / Trend , müxbir N.Kirsxaliya /

Aşağı Poniçalada (Tbilisi yaxınlığında) yeddi yaşlı uşaq vəhşicəsinə öldürülüb. Georgi İmerlişvili iki gün əvvəl öz evinin həyətindən oğurlanıb. Axtarışlar nəticəsində uşağın meyiti tapılıb.

Uşaq işgəncəyə məruz qalıb və boğulub. Cəsədi selofan paketə qoyulub.

İmerlişvilinin yoxa çıxmasından bir saat sonra oğrular uşağın atası ilə əlaqə saxlayıb ondan polisə məlumat verməməyi tələb ediblər. Lakin buna baxmayaraq, ata hüquq-mühafizə orqanlarına müraciət edib. Zənglə oğrular müəyyənləşdirilib və tutulublar.

Bu vaxtadək uşaq boğulub. Oğruların etiraf etdiyinə görə, onlar sərhədi keçərkən müqavimət göstərdiyinə görə uşağı çarəsizlikdən boğublar. Cinayətkarların sözlərinə görə, onlar 10 min dollar borcu ödəmək üçün uşağı satmaq istəyiblər.

Təqsirlərini boynuna almış oğruların İmerlişvilinin qonşusu olan Samadaşvili ailəsi - ata və onun iki oğlu olduğu müəyyənləşdirilib.

Ölənin ailəsi oğrularla hesablaşmaq üçün Samadaşvili ailəsinin onlara verilməsini tələb edirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti