...

Musəvi və Kərrubi iyunun 20-dəki iğtişaşlar zamanı həlak olanların qəbirlərini ziyarət edəcək

Siyasət Materials 29 İyul 2009 18:20 (UTC +04:00)
İranın Daxili İşlər Nazirliyinin Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin Musəlla məscidində iyunun 20-də prezident seçkilərindən sonra baş verən iğtişaşlar zamanı həlak olan şəxslər üçün 40 günlük cənazə duası keçirilməsi xahişindən imtina etməsindən sonra, prezidentliyə sabiq namizədlər bildiriblər ki, onlar həlak olanların qəbirlərini ziyarət edəcəklər.
Musəvi və Kərrubi iyunun 20-dəki iğtişaşlar zamanı həlak olanların qəbirlərini ziyarət edəcək

İranın Daxili İşlər Nazirliyinin Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin Musəlla məscidində iyunun 20-də prezident seçkilərindən sonra baş verən iğtişaşlar zamanı həlak olan şəxslər üçün 40 günlük cənazə duası keçirilməsi xahişindən imtina etməsindən sonra, prezidentliyə sabiq namizədlər bildiriblər ki, onlar həlak olanların qəbirlərini ziyarət edəcəklər. Bu barədə Trend "Milli Etimad" partiyasının rəsmi saytına istinadən bildirir.

Kərrubinin baş katibi olduğu "Milli Etimad" partiyasının rəsmi saytında Musəvi və Kərrubinin iyun ayındakı iğtişaşlar zamanı həlak olanların ailələrinə başsağlığı vermək üçün onların qəbirlərini ziyarət etmək istədikləri barədə informasiya yayılıb. 40 gün cənazə duası sabah gunortadan sonra saat dörddə oxunacaq.

Tehranda güclü müxalifət həyəcanları iyunun 12-də keçirilən prezident seçkilərinin yekunlarının elan olunmasından sonra  baş qaldırıb. Seçkilərdə qələbəni İran MSK-nın məlumatına əsasən səslərin 66 faizini toplayan hazrkı prezidenti Mahmud Əhmədinejad qazanıb. Məğlubolan namizədlərdən biri Mir Hüseyn Musəvi hakimiyyəti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb və xalqı bu aksiyalara qoşulmağa dəvət edib. Toqquşmalar zamanı rəsmi məlumatlara əsasən 20 nəfər həlak olub, qeyri-rəsmi məlumatlara əsasən isə 150 nəfər həlak olub. 1032 nümayişçi həbs edilib. Onların əksəriyyəti azad olunub.

Xəbər lenti

Xəbər lenti