Azərbaijan, Bakı, 2 avqust / Trend /
Avqustun 1-2-də Azərbayjanda işgüzar səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovun bu gün Azərbayjan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub, Müdafiə Nazirliyinin mətbuat xidməti məlumatı yayıb.
Məlumata əsasən, Görüşündə Rusiya ilə Azərbayjanın hərbi-texniki əməkdaşlığının inkişaf perspektivləri, Cənubi Qafqazda mövjud hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbayjan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. S.Əbiyev bildirib ki, münaqişənin nizamlanması prosesində Rusiyanın göstərdiyi səylər təqdirə layiqdir və ümidvericidir. Bununla yanaşı S.Əbiyev qeyd edib ki, münaqişə dinc şəkildə həll edilmədiyi halda hərbi vəziyyətin yaranacağı qaçılmazdır.
Anatoli Serdyukov iki günlük səfər çərçivəsində göstərilən səmimi münasibətə görə öz təşəkkürünü bildirib.