...

Azərbaycanlı deputatlar Avropa Şurasına yeni sənədlər təqdim edəcəklər

Siyasət Materials 5 Avqust 2009 14:46 (UTC +04:00)
“Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvləri qurumun növbəti sessiyasında parlamentarilər arasında yeni sənədlər yayacaqlar”, - Trend News-un məlumatına görə, Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva çərşənbə günü hakim Yeni Azərbaycan Partiyasının internet saytına bildirib.
Azərbaycanlı deputatlar Avropa Şurasına yeni sənədlər təqdim edəcəklər

Azərbaycan, Bakı, 05 avqust  / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Parlamentinin üzvləri Avropa Şurasına yeni sənədlər təqdim edəcəklər.

"Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvləri qurumun növbəti sessiyasında parlamentarilər arasında yeni sənədlər yayacaqlar", - Trend -un məlumatına görə, Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva çərşənbə günü hakim Yeni Azərbaycan Partiyasının internet saytına bildirib.

Paşayeva deyib ki, Azərbaycan deputatları mütəmadi olaraq ölkəmizin həqiqətləri ilə bağlı müxtəlif sənədlər hazırlayaraq, Avropa parlamentarilərinə təqdim edirlər.

"Bu sənədlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalçılar tərəfindən tarixi və mədəni abidələrimizin məhv edilməsini əks etdirən faktlar qeyd olunur. Bundan başqa, bir milyondan artıq insanın öz torpaqlarından didərgin düşməsi ilə bağlı məsələlər də həmin sənədlər vasitəsilə Avropa Şurasında yayılır", - millət vəkili əlavə edib.

Onun sözlərinə görə, AŞ PA-nın növbəti sessiyalarında da bu tipli sənədlər hazırlanaraq yayılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti