...

Türkiyənin Aİ məsələləri üzrə Baş Katibliyində erməni icmasının nümayəndələri işləyəcək

Siyasət Materials 19 Avqust 2009 17:19 (UTC +04:00)
Türkiyənin Aİ məsələləri üzrə Baş Katibliyi tərəfindən erməni mənşəli tədqiqatçı və tərcüməçilərin işə götürülməsi barədə Ermənistan KİV-də yayımlanan məlumat doğrudur. Bu barədə Trend News-a katibliyin əməkdaşı bildirib.
Türkiyənin Aİ məsələləri üzrə Baş Katibliyində erməni icmasının nümayəndələri işləyəcək

Azərbaycan, Bakı, 19 avqust / Trend , müxbir R.Hafizoğlu /

Türkiyənin Aİ məsələləri üzrə Baş Katibliyi tərəfindən erməni mənşəli tədqiqatçı və tərcüməçilərin işə götürülməsi barədə Ermənistan KİV-də yayımlanan məlumat doğrudur. Bu barədə Trend -a katibliyin əməkdaşı bildirib.

"Lakin nəzərə almaq lazımdır ki, söhbət erməni dilini bilən və erməni icmasının nümayəndəsi olan ölkədə yaşayan Türkiyə vətəndaşlarından gedir. Hesab edirəm ki, Türkiyədə hər bir vətəndaş dini və milli statusdan asılı olamayaq bu cür iş əldə edə bilər", - o bildirib.

"Türkiyə qanunları bunu qadağan etmir", - o əlavə edib.

Ermənistan KİV-in məlumatlarına əsasən, kadrların seçilməsi ilə Ermənistanın Konstantinopol patriarxlığı məşğul olacaq. Patriarxlığın rəsmi saytında elan yerləşdirilib: "Türkiyənin Aİ məsələləri üzrə Baş Katibliyində işləmək istəyən erməni icmasının gənc nümayəndələri tələb olunur".

"Katiblikdə milli azlıqların nümayəndələri yoxdur, bizə isə ictimai strukturun bütün seqmentlərinin nümayəndələri lazımdır", - katibliyin nümayəndəsi Burak Ərdəmir bununla əlaqədar olaraq bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti