Azərbaycan Prezidenti İlham Əliyev "Bədən tərbiyəsi və idman haqqında" qanunun tətbiq edilməsi barədə fərman imzalayıb. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Fərmana əsasən, Nazirlər Kabinetinə üç ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Bədən tərbiyəsi və idman haqqında" qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Prezidentə təqdim etmək; Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Prezidentə məlumat vermək; "Bədən tərbiyəsi və idman haqqında" qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.