...

Azərbaycan Prezidenti Avropa İttifaqının enerji məsələləri üzrə komissarını qəbul edib

Siyasət Materials 15 Sentyabr 2009 17:55 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Piebalqsı qəbul edib.
Azərbaycan Prezidenti Avropa İttifaqının enerji məsələləri üzrə komissarını qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Piebalqsı qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Andris Piebalqs "Əsrin müqaviləsi"nin 15-ci ildönümü münasibətilə dövlət başçısını təbrik edib və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Bu gün Azərbaycan Prezidentinin Bakıda məktəb binasının açılışı ilə bağlı tədbirdə iştirakından məlumatlı olduğunu bildirən qonaq, ölkədə məktəblərin tikintisinə qoyulan vəsaitin gələcək üçün ən yaxşı investisiya olduğunu deyib. Avropa komissarı Avropa İttifaqının Azərbaycan ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu bildirərək, təmsil etdiyi qurumun bu münasibətlərin genişlənməsində maraqlı olduğunu qeyd edib.

"Əsrin müqaviləsi"nin əhəmiyyətinə toxunan dövlət başçısı ötən 15 il ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini və energetika sahəsindəki nailiyyətlərin bu uğurların əldə edilməsində önəmli rol oynadığını vurğulayıb. Avropa Komissiyasına sonuncu səfərini xatırlayan dövləti başçısı bu səfərin uğurlu və faydalı olduğunu deyib. Prezident İlham Əliyev əməkdaşlıq çərçivəsində gələcəkdə də birgə işlərin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, Avropa qonşuluq siyasəti və Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramı, eləcə də enerji dialoqu bir-biri ilə sıx bağlı olan məsələlərdir və bütün bu istiqamətlərdə yaxşı nəticələr əldə olunub. Prezident İlham Əliyev əminliklə bildirib ki, Avropa İttifaqı ilə əlaqələrimiz daha da möhkəmlənəcək və yeni sahələri əhatə edəcək.

Dövlət başçısı Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Avropa Komissiyasının sədrinə çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti