...

İnterpolun Asiya və Sakit Okean regionu üzrə konfransı 2010-cu ildə Tehranda keçiriləcək

Siyasət Materials 18 Sentyabr 2009 16:29 (UTC +04:00)
İnterpolun baş katibi Ronald Noblu İran Polis komandiri İsmayıl Əhmədi Müqəddəm ilə Tehranda görüşüb. Görüş zamanı İnterpolun Asiya və Sakit Okean regionu üzrə konfransının 2010-cu ildə Tehranda keçirilməsi barədə razılaşma əldə olunub.
İnterpolun Asiya və Sakit Okean regionu üzrə konfransı 2010-cu ildə Tehranda keçiriləcək

İnterpolun baş katibi Ronald Noblu İran Polis komandiri İsmayıl Əhmədi Müqəddəm ilə Tehranda görüşüb. Görüş zamanı İnterpolun Asiya və Sakit Okean regionu üzrə konfransının 2010-cu ildə Tehranda keçirilməsi barədə razılaşma əldə olunub. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.

"İnterpol təşkilatı bu konfransın Tehranda keçirilməsini dəstəkləyir", - deyə Noblu deyib.

Noblu İnterpol təşkilatının İran polisi ilə əlaqələrinin yaxşı olduğunu bildirib. "İran polisi İnterpolun fəal üzvlərindəndir", - o deyib.

"İran Asiya və Sakit Okean regionu üzrə konfransın Tehranda keçirilməsini alqışlayır. Bu konfrans siyasi məsələləri deyil, hüquqi məsələləri araşdırmalıdır", - İran Polis komandiri Müqəddəm bildirib.

Xəbər lenti

Xəbər lenti