...

Azərbaycan ilə Rumıniya arasında sənədlərin imzalanması iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yaxşı zəmin yaradır - Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 29 Sentyabr 2009 12:04 (UTC +04:00)
Azərbaycan və Rumınıya arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamənin imzalanması əməkdaşlıq üçün yeni perspektivlər açacaq, bazar ertəsi Buxarestdə Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Trayan Beseskunun iştirakı ilə keçirilən birgə mətbuat konfransında qeyd edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan ilə Rumıniya arasında sənədlərin imzalanması iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yaxşı zəmin yaradır - Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB)

RED: Prezidentin nitqi üçüncü abzasdan sonra əlavə olunub.

Azərbaycan və Rumınıya arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamənin imzalanması əməkdaşlıq üçün yeni perspektivlər açacaq, bazar ertəsi Buxarestdə Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Trayan Beseskunun iştirakı ilə keçirilən birgə mətbuat konfransında qeyd edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirən Azərbaycan Prezidenti İlham Əliyev bu gün imzalanan sənədlərin əlaqələrin gələcək inkişafı üçün yaxşı zəmin yaratdığını qeyd edib.

Azərbaycan Prezidentinin Rumıniyaya rəsmi səfəri çərçivəsində tərəflər beş müqavilə imzalayıblar. Ölkələr arasında strateji tərəfdaşlığın qurulmasına dair birgə bəyannamə ilə yanaşı, tərəflər transsərhəd mütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş, fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Rumıniyanın Rabitə və İnformasiya Cəmiyyəti Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Rumıniyanın Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.

"Azərbaycanın çox zəngin neft-qaz yataqları vardır və Azərbaycanın resursları dünya və Avropa bazarlarına uğurla çıxarılır. Əgər tezliklə tranzit ölkələrlə beynəlxalq təcrübəyə əsaslanmış müqavilələr imzalanarsa, gələn ildən başlayaraq Azərbaycan qazı Avropa İttifaqının bazarına çıxarıla bilər", - Azərbaycan Prezidenti qeyd edib.

İlham Əliyev ruminiyalı həmkarına Buxarestin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq prinsiplər və ərazi bütövlüyü çərçivəsindəki mövqeyinə görə minnətdarlığını bildirib.

"Bütün dondurulmuş münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq prinsiplərin rəhbər tutulması və ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılması mövqeyi çox böyük əhəmiyyətə malikdir və buna görə sizə minnətdaram", - Prezident bildirib.
Onun sözlərinə əsasən, dünyada bütün məsələlər, o cümlədən münaqişələr ancaq beynəlxalq hüquq normaları əsasında öz həllini tapa bilər.

"Əminəm ki, əgər bütün tərəflər beynəlxalq hüquq normalarına riayət etsələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə ədalətli həll oluna bilər və Azərbaycanın işğal olunmuş bütün torpaqları işğalçı qüvvələrdən tezliklə təmizlənə bilər", - dövlət başçısı bildirib.

Trayan Besesku Azərbaycan Prezidentinə dəvətini qəbul etdiyinə görə bir daha minnətdarlığını bildirib və qeyd edib ki, bu səfər dörd ildən çox müddət ərzində görülən böyük işləri əhatə edən bir növ yekunlaşdırıcı səfərdir. "İki dövlət arasında əməkdaşlıq genişlənir", - deyə Trayan Besesku enerji sahəsindəki əlaqələri xüsusilə qiymətləndirərək bildirib.

Rumıniya Prezidenti ölkəsinin dondurulmuş münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə dair münasibətini bildirib. Bununla əlaqədar o bir daha bildirib ki, dondurulmuş münaqişələrin həlli yalnız və yalnız dinc yolla, mövcud beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində, dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşma əsasında mümkündür.

Rumıniya Prezidenti Trayan Besesku qeyd edib ki, Rumıniya strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannaməni yalnız iki ölkə - ABŞ və Azərbaycan ilə imzalayıb və bu sənəd siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığı əhatə edir. Həmin sənəddə əks olunan müddəalar bir növ göstərici xarakter daşıyır və həm Avropa İttifaqının, həm də hər iki ölkənin milli maraqlarına uyğundur.

Xəbər lenti

Xəbər lenti