...

İran və Azərbaycan sərhədçilərinin iclası keçiriləcək

Siyasət Materials 2 Oktyabr 2009 13:04 (UTC +04:00)
İranın Sərhəd Polisinin Komandanı Qasım Rzayi bildirib ki, İran və Azərbaycan sərhədçiləri arasında müştərək iclas keçiriləcək. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.
İran və Azərbaycan sərhədçilərinin iclası keçiriləcək

Azərbaycan, Bakı, 2 oktyabr / Trend , müxbir T.Cəfərov/

İran və Azərbaycan sərhədçilərinin iclası keçiriləcək.

İranın Sərhəd Polisinin Komandanı Qasım Rzayi bildirib ki, İran və Azərbaycan sərhədçiləri arasında müştərək iclas keçiriləcək. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.

"İran və Azərbaycan sərhədçilərinin iclası yaxın günlərdə keçiriləcək. İclasda məqsəd ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və iki ölkənin sərhəd xidmətləri arasında uyğunlaşmanın yaradılmasıdır", - deyə Rzayi deyib.

Onun sözlərinə görə, İran 15 ölkə ilə həmsərhəddir və sərhədlərin təhlükəsizliyini təmin etmək məqsədilə öz qonşuları ilə əlaqələrini hər gün inkişaf etdirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti