...

Azərbaycan Prezidentinin İordaniyaya rəsmi səfəri başa çatıb

Siyasət Materials 13 Oktyabr 2009 17:16 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çərşənbə axşamı İordaniya Haşimilər Krallığına rəsmi səfərini başa vurub. Bu barədə məlumatı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidentinin İordaniyaya rəsmi səfəri başa çatıb

Azərbaycan Prezidentinin İordaniyaya rəsmi səfəri başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çərşənbə axşamı İordaniya Haşimilər Krallığına rəsmi səfərini başa vurub. Bu barədə məlumatı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycanın və İordaniyanın dövlət bayraqları ilə bəzədilmiş Əmmanın Marka Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi İordaniya Kralı II Abdullah, yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.

Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıb.

Xəbər lenti

Xəbər lenti