...

Azərbaycanda Avropa Şurasının dəstəyi ilə gənclərlə bağlı beynəlxalq tədbir keçiriləcək

Siyasət Materials 14 Oktyabr 2009 18:05 (UTC +04:00)
"Gənclər və İdman Nazirliyi və “Salto Youth Resurs Mərkəzi” nin təşkilatçılığı ilə “Azərbaycanda gənclər işinin reallığı” mövzusunda tədbir Bakı və Gəncə şəhərlərində keçiriləcək”, - çərşənbə günü Trend News-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Azərbaycanda Avropa Şurasının dəstəyi ilə gənclərlə bağlı beynəlxalq tədbir keçiriləcək

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir A..Hüseynbala/

Gənclər və İdman Nazirliyi və "Salto Youth Resurs Mərkəzi" nin təşkilatçılığı ilə "Azərbaycanda gənclər işinin reallığı" mövzusunda tədbir Bakı və Gəncə şəhərlərində keçiriləcək", - çərşənbə günü Trend -a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Tədbirdə Avropa Birliyinə üzv 12 ölkənin, o cümlədən Fransa, Portuqaliya, Avstriya, Belçika, Polşa və Türkiyənin "Gənclər fəaliyyətdə" proqramı üzrə milli agentliklərinin rəsmi nümayəndələrinin, eyni zamanda, Avropanın ən fəal gənclər təşkilatlarının nümayəndələrinin iştirakı nəzərdə tutulub. "Əsas məqsəd Azərbaycanda həyata keçirilən gənclər siyasəti ilə yaxından tanış olmaq, "Gənclər fəaliyyətdə" və "Şərq tərəfdaşlığı" proqramı üzrə Azərbaycanda, eləcə də Avropanın digər ölkələrində həyata keçirilməsi planlaşdırılan layihələrin geniş müzakirəsini aparmaqdır", - məlumatda qeyd edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti