...

Azərbaycan Parlamenti Türkiyə ilə Ermənistan arasında imzalanan protokollarla bağlı müzakirələrə başlayacaq

Siyasət Materials 19 Oktyabr 2009 16:13 (UTC +04:00)
Azərbaycan Parlamentinin iclasında Türkiyə ilə Ermənistan arasında imzalanan protokollarla bağlı məsələ müzakirəyə çıxarılacaq.
Azərbaycan Parlamenti Türkiyə ilə Ermənistan arasında imzalanan protokollarla bağlı müzakirələrə başlayacaq

Azərbaycan, Bakı, 19 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin iclasında Türkiyə ilə Ermənistan arasında imzalanan protokollarla bağlı məsələ müzakirəyə çıxarılacaq.

"Mən və Türkiyəyə səfərdən qayıdan deputat həmkarlarım protokolların Böyük Millət Məclisində müzakirəyə çıxarılmaması üçün bundan sonra nə etmək lazım olduğu barədə təkliflərini verəcəklər", - bazar ertəsi Trend -a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

Trend -un arayışı: Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Orucun sözlərinə görə, Türkiyə Parlamentinə müraciət edilib-eilməməsi müzakirələrdən asılı olacaq.

"Azərbaycan tərəfi müəyyən diplomatik fəaliyyətlər göstərir. Düşünürəm ki, müxtəlif təsir vasitələrindən istifadə etmək olar", - millət vəkili əlavə edib.

Oruc deyib ki, təkcə Türkiyə ilə Ermənistan arasında münasibətlərin bərpası üçün aparılan siyasəti deyil, həm də regionla bağlı prosesləri müzakirə etməyə ehtiyac var.

"Biz Azərbaycanın həmin proseslər nəticəsində qazancını və itkilərini müəyyənləşdirməliyik. Çünki regionda qüvvələr nisbətinin dəyişməsi nəticəsində Azərbaycanın gələcəyi məsələsi çox əhəmiyyət daşıyır. Azərbaycanın qanunverici orqanı kimi parlament hakimiyyətin bir qolu olduğundan bu məsələlər ətrafinda fikir mübadiləsi aparılmalıdır", - komitə üzvü vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti