...

ABŞ Konqresi Senatına qondarma erməni "soyqırımı" faktını tanımağa səsləyən qətnamə təqdim olunub

Siyasət Materials 22 Oktyabr 2009 12:24 (UTC +04:00)
Çərşənbə günü ABŞ Konqresi Senatına Obama administrasiyasını 1915-ci ildə Osmanlı imperiyası dövründə baş verdiyi iddia edilən qondarma erməni "soyqırımı" faktını tanımağa səsləyən qətnamə layihəsi təqdim olunub. Senator Robert Menendes (Nyu-Cersi ştatından demokrat) və Con İnsayn (Nedava ştatından olan respublikaçı) qətnamənin müəllifləridirlər, İTAR-TASS yazır.
ABŞ Konqresi Senatına qondarma erməni "soyqırımı" faktını tanımağa səsləyən qətnamə təqdim olunub

Çərşənbə günü ABŞ Konqresi Senatına Obama administrasiyasını 1915-ci ildə Osmanlı imperiyası dövründə baş verdiyi iddia edilən qondarma erməni "soyqırımı" faktını tanımağa səsləyən qətnamə layihəsi təqdim olunub. Senator Robert Menendes (Nyu-Cersi ştatından demokrat) və Con İnsayn (Nedava ştatından olan respublikaçı) qətnamənin müəllifləridirlər, İTAR-TASS yazır.

Sənəddə göstərilir ki, ölkə prezidenti ABŞ-ın xarici siyasətində Osmanlı imperiyası dövründə etnik təmizləmə və qondarma "soyqırım"a aid məsələlərin nəzərə alınmasını təmin etməlidir. Sənəddə qeyd edilir ki, Amerika arxivlərində qondarma erməni "soyqırımı"nı təsdiq edən faktlar var.

Analoji qətnamə Nümayəndələr Palatasına da təqdim olunub.

Barak Obama prezident vəzifəsinə keçdikdən bir dəfə də olsun bu mövzu ilə bağlı münasibətini bildirməyib.

Baxmayaraq ki, Konqresə təqdim olunan qətnamənin qüvvəsi yoxdur, onun qəbul olunması Ankara ilə əlaqələrin çətinləşməsinə səbəb olacaq. Kapitolda bu qanunvericiliyin qəbul olunmasına həmçinin Corc Buş administrasiyası dövründə bir neçə dəfə təşəbbüs göstərilsə də, müvəffəqiyyətə nail olunmayıb. "Osmanlı imperiyası dövründə ermənilərin kütləvi qırğını"nı qəbul edən ABŞ hökuməti heç vaxt "soyqırım" ifadəsini işlətməyib.

Xəbər lenti

Xəbər lenti